Təhsil naziri: "Azərbaycanın orta məktəblərində qeyri-qanuni vəsait yığımı, neqativ hallara qarşı inzibati və cinayət məsuliyyəti görüləcək"

Təhsil naziri: "Azərbaycanın orta məktəblərində qeyri-qanuni vəsait yığımı, neqativ hallara qarşı inzibati və cinayət məsuliyyəti görüləcək"
# 27 iyun 2013 20:45 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov mətbuata müsahibəsində deyib ki, buna uyğun olaraq müəllim işləmək istəyənlər nazirliyə onlayn müraciət edə bilərlər.

M.Cabbarov qeyd edib ki, sentyabrın 15-dək 6 yaşı tamam olmayan uşaqlar uşağın müraciət etdiyi məktəbdə müsabiqəyə buraxılacaq. Onun sözlərinə görə, uşağın I sinfə qəbulu onun səviyyəsindən və müsabiqədə göstərdiyi nəticədən asılı olacaq.

Digər vacib məsələdən danışan təhsil naziri vurğulayıb ki, Azərbaycanın orta məktəblərində qeyri-qanuni vəsait yığımı, ümumiyyətlə neqativ hallara qarşı təşkilatı tədbirlər görülüb: “Bundan sonra inzibati və cinayət məsuliyyəti də görüləcək. Nazirlik orta məktəblərdə əsassız pul yığılması hallarına qarşı mübarizə aparacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR