Xaçmazda oğurluq edən şəxs tutulub

Xaçmazda oğurluq edən şəxs tutulub
# 14 yanvar 2014 15:46 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda oğurluqda təqsirləndirilən şəxs saxlanılıb. Xaçmaz Rayon Polis Şöbəsindən (RPŞ) APA-ya verilən məlumata görə, keçirilən əməliyyat zamanı 1996-cı il təvəllüdlü Xudat şəhər sakini Nurməmmədov İlqar Seyfulla oğlu saxlanılıb. Araşdırmalar zamanı onun Xaçmaz rayonu, Nərəcan kənd sakinləri Fərrux Bəşirov və Samir Ağayevə məxsus mağazalardan pul, siqaret və şirniyyat oğurladığı müəyyənləşib.

Xaçmaz RPŞ-nin müstəntiqi Sail Tağıyev APA-ya bildirib ki, həmin şəxs əvvəllər də şimal bölgəsinin digər rayonlarından oğurluq edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR