Şəkidə V Beynəlxalq İpək Yolu Musiqi Festivalının açılış mərasimi keçiriləcək - FOTO

Şəkidə V Beynəlxalq İpək Yolu Musiqi Festivalının açılış mərasimi keçiriləcək - <span style="color: red;">FOTO
# 01 iyul 2014 11:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bu gün Şəkidə V Beynəlxalq İpək Yolu Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, açılışdan sonra Niyazinin eyni adlı simfonik muğamı əsasında səhnələşdirilmiş "Rast" baleti nümayiş etdiriləcək. Əsərin quruluşçu baletmeysteri xalq artisti Tamilla Şirəliyeva, quruluşçu rəssamı xalq rəssamı Rafis İsmayılovdur.

Tomris rolunda xalq artisti, "Qızıl Dərviş" və "Zirvə" mükafatları laureatı Kamilla Hüseynova, Şah rolunda Anar Mikayılov, Banu rolunda əməkdar artist Yelena Skomoroşenko, Atr rolunda xalq artisti Gülağası Mirzəyev çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR