Buzadırmanma üzrə Respublika Çempionatı başa çatıb - FOTO - VİDEO

Buzadırmanma üzrə Respublika Çempionatı başa çatıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 fevral 2014 09:57 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirdiyi Buzadırmanma üzrə Respublika Çempionatı uğurla başa çatıb.

FAİREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatda ümumilikdə 100-dən artıq idmançı iştirak edib.

Bu idman növünə gənclərin böyük marağını nəzərə alaraq çempionat iki hissədə keçirilib. Çempionatın I hissəsi 1-2 fevralda baş tutub. Bu hissədə oğlanlar və qızlar arasında təşkil olunmuş sürət və çətinlik mərhələləri üzrə təsnifat-seçim yarışlarını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Fevralın 8-9-da isə çempionatın II hissəsi - təsniftat-seçim, yarımfinal-final mərhələləri keçirilib.

Komandalararası yarışda ümumi nəticələrə görə Fövqəladə Hallar Nazirliyinin “Ekstremal” idman komandası I, FAİREX-in “Salavat” komandası II, FAİREX-in “Zirvə” komandası isə III yerə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR