Gömrük orqanları əməkdaşlarının Dövlət Gömrük Komitəsinin Akademiyasında əlavə təhsili ilə bağlı xərcləri maliyyələşdiriləcək

Gömrük orqanları əməkdaşlarının Dövlət Gömrük Komitəsinin Akademiyasında əlavə təhsili ilə bağlı xərcləri maliyyələşdiriləcək
# 29 dekabr 2013 07:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən gömrük sisteminin inkişaf fondunun vəsaiti Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanları əməkdaşlarının əlavə təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsinə də yönəldiləcək.

Bu vəsaitlərin Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan müəssisə və təşkilatların yaradılması və fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi haqqında müddəa isə ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR