Lənkəranda Həzi Aslanovun doğum günü qeyd olunub - FOTO - VİDEO

Lənkəranda Həzi Aslanovun doğum günü qeyd olunub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 yanvar 2014 16:26 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın mahir tankçısı və cəsarətli komandir kimi keçmiş SSRİ-nin hər yerində tanınan iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun doğum günü münasibətilə bu gün Lənkəranda onun adını daşıyan xatirə parkında tədbir keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, mərasimdə rayonun icra strukturlarının rəhbərləri, müharibə veteranları, gənclər, ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən natiqlər igid soydaşımızın Böyük Vətən müharibəsində göstərdiyi misilsiz şücaətindən, qəhrəmanlığından danışıblar. Bildirilib ki, Həzi Aslanov 35 illik qısa ömründə keçmiş ittifaqın bütün hərbi orden və medallarına layiq görülən nadir hərbçilərdən biridir. O, eyni zamanda iki dəfə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən yeganə azərbaycanlıdır.

Sonra “Gənc Aslanovçular klubu” üzvlərinin ifasında qəhrəmanlıq ruhlu ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbir Həzi Aslanovun abidəsi önünə əklil və gül dəstələrinin qoyulması ilə başa çatıb.

Qeyd edək ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR