Ermənilər CAR-dan snayper tüfəngi alıb - FOTO

Ermənilər CAR-dan snayper tüfəngi alıb - <span style="color: red;">FOTO
# 10 iyun 2013 08:34 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ermənistan Silahlı Qüvvələri CAR-ın “Truvelo” şirkətinin istehsalı olan 12,7 mm çaplı “Truvelo” snayper tüfəngləri alıb. APA-nın “razm.info” saytına istinadən verdiyi məlumata görə, Ermənistan Ordusunun silahlanmasında yer alan snayper tüfəngləri artıq nümayiş etdirilib.

Bundan başqa, Ermənistanın Fransadan satın aldığı PGM.338 və İngiltərə istehsalı olan “Accuracy International Arctic Warfare” snayper tüfəngi də nümayiş olunub.

Snayper tüfənglərinin Ermənistan Ordusunun xüsusi təyinatlılarının istifadəsində olduğu bildirilir.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Silahlı Qüvvələri də “Truvelo.50” snayper tüfəngi alıb. Lakin Azərbaycan şəraitində bu tüfəng özünü doğrultmayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR