Opera və Balet Teatrında Cüzeppe Verdinin “Don Karlos” operasının premyerası keçirilib

Opera və Balet Teatrında Cüzeppe Verdinin “Don Karlos” operasının premyerası keçirilib
# 10 iyun 2014 08:13 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Don Karlos” operasının premyerası keçirilib.

APA-nın məlumatına görə, operanın Azərbaycanda ilk dəfə səhnəyə qoyulması məqsədilə teatrın rəhbərliyi Ukrayna Milli Operasının solistləri - əməkdar artistlər Andrey Romanenko (Don Karlos) və Mixail Kirişevi (Rodriqo) dəvət edib.

Tamaşada Azərbaycanın əməkdar artistləri Fəridə Məmmədova, Səbinə Əsədova, Əkrəm Poladov və başqaları rol alıblar.

Səhnə əsərinin musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR