Azərbaycan sığorta bazarı son bir ildə 16% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 16% artıb
# 13 sentyabr 2013 11:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 265,712 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 16,1% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 32,3% artaraq 77,846 mln. manata çatıb.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə daxilolmaların həcmi 23,6% artaraq 175,157 mln. manat təşkil edib. O cümlədən, həyat sığortası üzrə daxilolmaların həcmi 2,5 dəfə artaraq 24,126 mln. manata, qeyri-həyat sığortası üzrə 14,2% artaraq 151,031 mln. manata çatıb. İcbari sığorta növləri üzrə daxilolmalar 3,9% artaraq 90,555 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (47,278 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (43,137 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (37,782 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (24,088 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» (20,466 mln. manat), «Həyatın yaşam sığortası» (20,673 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (11,099 mln. manat) növləri üzrə toplanılıb.

Ödənişlərə gəldikdə isə könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 2,036 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 27,1% azdır. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 13,7% artaraq 52,420 mln. manata çatıb. Ümumilikdə, könüllü sığorta növləri üzrə üzrə ödənişlər 11,7% artaraq 54,457 mln. manat, icbari sığorta növləri üzrə isə 2,3 dəfə artaraq 23,390 mln. manata çatıb.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (28,703 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (17,244 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (16,404 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR