“Suriyanın dostları” qrupu İran və “Hizbullah”dan Suriyadakı hərbçilərini çıxarmasını tələb edib

“Suriyanın dostları” qrupu İran və “Hizbullah”dan Suriyadakı hərbçilərini çıxarmasını tələb edib
# 23 may 2013 12:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İordaniyanın paytaxtı Əmman şəhərində 11 ölkənin daxil olduğu “Suriyanın dostları” qrupunun xarici işlər nazirlərinin toplantısı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ABŞ, Böyük Britaniya, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Almaniya və Fransanın xarici işlər nazirləri, həmçinin Suriya müxalifətinin təmsilçiləri iştirak ediblər. Toplantının sonunda yekun bəyanat qəbul edilib.

Sənəddə İran və “Hizbullah”ın Suriyadakı mövcudluğunun bütün bölgəni təhlükə altında qoyduğu bildirilib. Bəyanatda həmçinin İran və “Hizbullah”dan Suriyada döyüşən öz hərbçilərini çıxarması tələb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR