Nikaraqua HHQ baş qərargahının rəisi həlak olub

Nikaraqua HHQ baş qərargahının rəisi həlak olub
# 21 iyun 2013 04:32 (UTC +04:00)

Bakı-APA. Nikaraqua HHQ baş qərargahının rəisi polkovnik Manuel Lopes və 9 nəfər yüksək rütbəli hərbçi ölkə paytaxtı Manaqua yaxınlığında baş vermiş aviaqəza nəticəsində həlak olublar.

Mi-17 helikopteri Kuatro-Palos şəhəri yaxınlığında uçarkən naməlum səbəbdən yerə çırpılıb. İlkin məlumatlara əsasən, helikopter havada yanaraq partlayıb.

Rəsmilər helikopterdə HHQ əks-kəşfiyyat xidmətinin rəisi polkovnik Çester Varqasın, ölkənin hava əleyhinə müdafiə xidmətinin şefi Aldo Erreranın olduğunu da bildirirlər.

Həlak olmuş hərbçilər 1979-cu ildəki çevrilişdən sonra Nikaraqua silahlı qüvvələrini yaradan şəxslərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR