Rusiyalı politoloq: “Azərbaycan və Türkiyə Avrasiya İttifaqının üzvü olmağa uyğun gəlir”

Rusiyalı politoloq: “Azərbaycan və Türkiyə Avrasiya İttifaqının üzvü olmağa uyğun gəlir”
# 01 noyabr 2013 14:41 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Rusiya həmişə “Şərq Tərəfdaşlığı” Proqramına yarımmüstəmləkə ittifaqı, Avropa Birliyinin öz şərq qonşuları üzərində nəzarət həyata keçirmək və “məhdud suverenitet” doktrinasını reallaşdırmaq cəhdi kimi yanaşıb”. Bunu APA-ya açıqlamasında rusiyalı politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, AB “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrlə assosiativ saziş imzalamaqla bu ölkələrin siyasətinə nüfuz edə bilər, amma bu ölkələr AB-nin siyasətinə təsir edə bilməz: “Tərəfdaşlıq yarımmüstəmləkə yox, bərabər əsaslarla olmalıdır”.

S.Markov qeyd edib ki, Rusiya Avrasiya İttifaqını “Şərq Tərəfdaşlığı” Proqramına alternativ kimi deyil, müttəfiq əməkdaşlığının yeni forması kimi yaratmaq istəyir: “Bizim AB üzvü olmaq üçün heç bir şansımız yoxdur. Biz ya onun yarımmüstəmləkəsi olub AB-ni öz resurslarımızla qidalandırmalıyıq, ya da özümüz ittifaq yaratmalıyıq”.

Rusiyalı politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə Avrasiya İttifaqının üzvü olmağa uyğun gəlir: “Biz Türkiyəni də gələcəkdə bu ittifaqın üzvü kimi görürük. Sosioloji sorulara əsasən, son bir neçə ildə Türkiyənin AB üzvü olmasının tərəfdarlarının sayı 75%-dən 30%-ə enib. Çünki başa düşürlər ki, onları heç vaxt AB-yə buraxmayacaqlar. Azərbaycan, Türkiyə və Ukrayna qarşısında yalnız bir seçim var – yüksək texnologiyalı istehsalı inkişaf etdirmək istəyirsinizsə, hansısa bazara birləşməli olacaqsınız. Bu ölkələr bu və ya digər bazarı faydalılığına görə seçməli olacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR