İkiqat olimpiya çempionu Mo Fərəh “Many Happy Returns” kampaniyasına qoşulub - FOTO

İkiqat olimpiya çempionu Mo Fərəh “Many Happy Returns” kampaniyasına qoşulub - <span style="color: red;">FOTO
# 02 iyul 2014 13:53 (UTC +04:00)

Bakı – APA. Böyük Britaniyanın dünya şöhrətli idmançılarından biri Mo Fərəh www.manyhappyreturnsidp.com. internet səhifəsində “Many Happy Returns” (MHR) kampaniyasını dəstəklədiyini ifadə edib.

Bu barədə APA-ya Avropa Azərbaycan Cəmiyyətindən (AAC) məlumat verilib.

AAC-ın təşəbbüsü ilə Böyük Britaniyada təşkil edilmiş bu kampaniyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün acınacaqlı həyatı haqqında həqiqətləri çatdırmaqdır.

2012-ci ilin London Yay Olimpiya oyunları zamanı 5000 və 10 000 metr məsafəyə qaçış üzrə qızıl medal qazanmış Mo Fərəh bunları deyib: “Qaçqınlar və məcburi köçkünlər bizim köməyimizə layiqdirlər. Arzum odur ki, MHR kampaniyası onların doğma yurdlarına qayıtmasına kömək etməyə nail olsun”.

Açıqcalar insanların öz doğma yurd-yuvalarına qayıtmaq istəyini bildirən “Many Happy Returns” adlı adi ingilis təbrikləridir. Hər bir açıqcada tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən üç düşərgədə çəkilmiş məcburi köçkünün fotoşəkli yerləşdirilib.

Açıqca sahibləri MHR veb-saytında münaqişənin tarixi haqqında informasiyanı qrafik hekayə şəklində əldə edə və öz dəstəyini bildirə, həmçinin, erməni təcavüzü barəsində müxtəlif ictimai xadimlərin də fikrini öyrənə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR