“Mən teatr haqqında danışmaq istəyirəm” müsabiqəsi yekunlaşıb - ФОТО

“Mən teatr haqqında danışmaq istəyirəm” müsabiqəsi yekunlaşıb  - <span style="color: red;">ФОТО
# 10 may 2013 14:51 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mən teatr haqqında danışmaq istəyirəm” layihəsinin yekun mərasimi keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ikinci mərhələyə keçmək imkanı qazanan 58 şagirdən 3-ü qalib seçilib.

Səbail rayonu 6 saylı orta məktəbin 10-cu sinif şagirdi Ayla Orucova, 160 saylı klassik gimnaziyanın 9-cu sinif şagirdləri Maya Novruzova və Leyla Bayramovaya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplom və mükafatları təqdim olunub.

Çıxış edən teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov müsabiqənin keçirilməsində əsas məqsədin uşaq və yeniyetmələrdə zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişaf mərhələləri, teatr sənətinin görkəmli sənətkarları, Azərbaycan teatrının beynəlxalq teatr səhnəsinə inteqrasiyası, dövlətin Azərbaycan teatrına və onun sənət adamlarına göstərdiyi diqqət və qayğısı haqqında məlumatları genişləndirmək və daha dolğun təsəvvür yaratmaq olduğunu söyləyib.

Daha sonra teatrın aktyorları - əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Güşvər Şərifova, Şəbnəm Hüseynova, Elnur Kərimov, Eşqin Quliyevin ifasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Fəridə Ləmanın Heydər Əliyevə həsr olunan “Onu zaman seçib” poeması əsasında Bəhram Osmanov tərəfindən hazırlanan kompozisiya nümayiş olunub.

Qeyd edək ki, müsabiqə ilkin olaraq Səbail rayon orta ümumtəhsil məktəbləri ilə birgə keçirilib. Mart ayından start götürən baxış müsabiqənin birinci mərhələsində 17 ümumtəhsil məktəbindən müxtəlif yaş kateqoriyalarını əhatə edən 300-dən yuxarı şagird iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR