Moldovada Azərbaycanın pensiya islahatları təqdim olunub

Moldovada Azərbaycanın pensiya islahatları təqdim olunub
# 22 aprel 2014 13:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu günlərdə Moldovanın paytaxtı Kişinyovda Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının dəstəyi ilə Moldova Milli Sosial Sığorta Kassasının təşkil etdiyi “Pensiya islahatları: beynəlxalq təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib. Həmin konfransda Beynəlxalq Sosial Təminat Assosiasiyası və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının, həmçinin Polşa, Rumıniya, MDB və Baltikyanı ölkələrin pensiya və sosial təminat qurumlarının nümayəndələri iştirak edib.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, konfrans pensiya islahatları sahəsində əldə edilmiş nailiyyətlərin öyrənilməsi və əhalinin layiqli həyat səviyyəsini təmin edən müasir və effektiv pensiya sisteminin tətbiqi ilə bağlı beynəlxalq təcrübə mübadiləsi məqsədilə təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR