Güclü külək bir sıra aran rayonlarında ciddi fəsadlara səbəb olub - YENİLƏNİB

Güclü külək bir sıra aran rayonlarında ciddi fəsadlara səbəb olub - <span style="color: red;">YENİLƏNİB
# 03 dekabr 2013 19:57 (UTC +04:00)

APA-nın bölgə müxbirlərinin verdiyi məlumata görə, əsən güclü küləyin təsiri nəticəsində Göyçay, Ucar, Zərdab və Ağdaş şəhərlərinin bir hissəsində və bütün kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Güclü külək bir çox yerdə ağacları, elektrik, rabitə və gecə işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb.

İlkin məlumata görə, hazırda qeyd olunan yaşayış məntəqələrində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, internet kəsilib. Bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Külək bəzi evlərin və yardımçı tikililərin üzərindəki dam örtüyünü qoparıb. Qasırğa şəklini alan külək hazırda da davam edir. Bu səbəbdən fəsadların aradan qaldırılması istiqaməntində işlər hələlik aparılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR