Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 24 aprel 2014 08:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün axşam Bakı şəhərinin Neftçilər prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Neftçilər prospektində (Azneft dairəsindən "Dalğa Plaza"ya qədər), Nizami Gəncəvi və Ələddin Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR