Azərbaycan prezidenti Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib - FOTO

Azərbaycan prezidenti Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib - <span style="color: red;">FOTO
# 13 iyun 2014 14:30 (UTC +04:00)

APA-nın məlumatına görə, C.Çiçək Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.

O, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması haqqında qəbul olunan qərarın önəmini qeyd edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, enerji, nəqliyyat, birgə layihələr və digər istiqamətlərdə əməkdaşlığımızın yüksək səviyyədə olduğu bildirilib, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı zamanı dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyəti vurğulanıb, ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək vermələrinin önəmi qeyd olunub.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanaraq bu baxımdan Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının səmərəli olacağına əminlik ifadə edilib.

Azərbaycan prezidenti İlham Əliyev A.Gülün və R.T.Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR