Azərbaycanın müdafiə naziri yenidən cəbhə bölgəsinə səfər edib - YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycanın müdafiə naziri yenidən cəbhə bölgəsinə səfər edib - <span style="color: red;">YENİLƏNİB - FOTOSESSİYA
# 13 noyabr 2013 13:56 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.

Ön cəbhədə yerləşən hərbi hissəyə baş çəkən Müdafiə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin büstü önünə əklil və gül dəstəsi qoyaraq öz ehtiramlarını ifadə ediblər.

Sonra düşmənlə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Bir qrup hərbçiyə növbəti rütbələr verilib, medal və qiymətli hədiyyələr təqdim olunub.

Müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə də tanış olub.

Komandir heyətinin məruzələri əsasında müdafiə naziri nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.

***

saat 15.09

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın müdafiə naziri Beyləqana səfər edib.

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Beyləqan Hərbi Birləşməsinin (2-ci Ordu Korpusu) şəxsi heyəti ilə görüşəcək.

Z. Həsənovun Beyləqanda yerləşən bir neçə hərbi hissəyə baş çəkəcəyi və vəziyyətlə yerində tanış olacağı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən nazirin səfərinə münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Z. Həsənov müdafiə naziri təyin olunandan sonra cəbhə bölgəsindəki hərbi birləşmələrə baş çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR