Akif Rüstəmovun xatirəsinə həsr olunmuş turnirə start verilib - FOTO

Akif Rüstəmovun xatirəsinə həsr olunmuş turnirə start verilib - <span style="color: red;">FOTO
# 12 oktyabr 2013 14:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə oktyabrın 12-də “Climbaku” İdman Dırmanması Mərkəzində mərhum Azərbaycan dağçısı Akif Rüstəmovun xatirəsinə həsr olunmuş idman dırmanması üzrə turnirə start verilib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yarışın başlanmasını elan edən FAİREX-in baş hakimi, federasiyanın vitse-prezidenti Valeri Bağırov hakimləri və idmançıları salamlayaraq, turnir iştirakçılarını yarışın qaydaları və şərtləri ilə tanış edərək onlara uğurlar arzulayıb.

Mərhum Azərbaycan dağçısı A. Rüstəmovun xatirəsi təşkilat komitəsi, hakimlər və idmançılar tərəfindən 1 dəqiqəlik sükutla yad edildikdən sonra turnirə start verilib.

Xatırladaq ki, A. Rüstəmovun unudulmaz xatirəsinə həsr olunmuş turnir ilk dəfə məhz FAİREX tərəfindən təşkil edilib. İlk yarış 17 may 2010-cu il tarixində Nardaran qayalıqlarında keçirilib və "Ümid" qayaya dırmanma turnirində yeniyetmələr və gənc idmançılar iştirak ediblər.

Turnir 2 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR