Hindistan 180 ölkənin vətəndaşları üçün viza rejimini sədələşdirir

Hindistan 180 ölkənin vətəndaşları üçün viza rejimini sədələşdirir
# 06 fevral 2014 10:17 (UTC +04:00)

Bakı – APA. 2014-cü ilin oktyabr ayından Hindistana səfər edən xarici turistlərə viza hava limanında veriləcək. Müvafiq qərar 180 ölkənin vətəndaşlarına şamil olunacaq.

APA-nın “İndia Today”a istinadən verdiyi məlumata görə, bunu Hindistanın ölkə planlaşdırılması naziri Raciv Şukla deyib.

Onun sözlərinə görə, viza rejiminin sadələşdirilməsi yalnız 8 ölkənin vətəndaşlarına şamil olunmayacaq. Bura Şri-Lanka, Pakistan, Sudan və İran kimi ölkələr daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR