Azərbaycan və Niderland xarici işlər nazirləri Bakıda ikitərəfli əməkdaşlığın bəzi aspektlərini müzakirə ediblər - FOTOSESSİYA

Azərbaycan və Niderland xarici işlər nazirləri Bakıda ikitərəfli əməkdaşlığın bəzi aspektlərini müzakirə ediblər - <span style="color: red;">FOTOSESSİYA
# 04 fevral 2014 10:42 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Bakıda Azərbaycan və Niderland xarici işlər nazirləri ikitərəfli əməkdaşlığın bəzi aspektlərini müzakirə ediblər.

APA-nın məlumatına görə, bunu birgə brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Hollandiyalı həmkarı Frans Timmermansa Dağlıq Qarabağ danışıqlarının gedişatı haqda məlumat verdiyini deyən E. Məmmədyarov görüşdə həmçinin Avropa Birliyi ilə əməkdaşlığın və enerji məsələlərinin müzakirə edildiyini bildirib.

Öz növbəsində F. Timmermans iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının vacibliyini vurğulayıb. “Azərbaycan Niderland üçün çox vacib ölkədir”, - deyə o qeyd edib.

F. Timmermans həmçinin bəyan edib ki, Niderland Azərbaycanla təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafında maraqlıdır.

“Biz həmçinin Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq”, - deyə hollandiyalı diplomat əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR