Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib
# 18 iyul 2013 08:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 17-si saat 13:50 radələrində 28 May küçəsində qeydə alınıb. Neftçala rayon sakini Adıgözəl Misgərov münaqişə zəminində Hacıqabul rayon sakini Vahid İmanovu bıçaqlayıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi, Səbail Rayon Polis İdarəsi Post Patrul Xidmət Bölüyünün və 39-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən A. Misgəlov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR