Prokuror “Eurovision” ərəfəsində Azərbaycanda terror planlaşdıran dəstə üzvlərindən üçünə ömürlük cəza istəyib

Prokuror “Eurovision” ərəfəsində Azərbaycanda terror planlaşdıran dəstə üzvlərindən üçünə ömürlük cəza istəyib
# 05 noyabr 2013 09:29 (UTC +04:00)

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Samir Sanıyev və digər iki nəfərin ömürlük, 13 nəfərin 15 il, digərlərinin isə 9 ildən 10 ilədək azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində mahnı müsabiqəsi ərəfəsində Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək istəyən mütəşəkkil dəstə zərərsizləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR