Türkiyənin xarici işlər naziri İran prezidentinin andiçmə mərasimində iştirak edəcək

Türkiyənin xarici işlər naziri İran prezidentinin andiçmə mərasimində iştirak edəcək
# 02 avqust 2013 14:08 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyənin xarici işlər naziri İrana səfər edəcək. APA-nın məlumatına görə, Əhməd Davudoğlu İranın yeni prezidenti Həsən Ruhaninin avqustun 4-də ölkə parlamentində keçiriləcək andiçmə mərasimində iştirak edəcək. Halbuki Türkiyədən İran prezidentinin inauqurasiya mərasiminə bu ölkənin inkişaf naziri Cövdət Yılmazın qatılacağı bildirilmişdi.

Qeyd edək ki, H.Ruhaninin andiçmə mərasimində 52 ölkə, BMT və bəzi beynəlxalq təşkilatlardan 55 fəxri qonağın iştirak edəcəyi dəqiqləşib. Tədbirə 11 prezident, 8 vitse-prezident, 2 baş nazir, 3 baş nazir müavini, 11 xarici işlər naziri, 7 parlament spikeri və 12 nazir qatılacaq. Malayziyanın keçmiş baş naziri Mahatir Məhəmməd və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Xavyer Solana da xüsusi qonaqlardandır.

Azərbaycanı İran prezidentinin andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR