Rabitə və informasiya texnologiyaları nazirinin Ucarda vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Rabitə və informasiya texnologiyaları nazirinin Ucarda vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
# 14 noyabr 2013 12:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun noyabr ayında Ucar rayonunda (Ucar, Göyçay, Ağdaş) nəzərdə tutulan vətəndaşlarla görüşü dekabr ayının birinci yarısında keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşün tarixinin dəyişdirilməsi əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı qəbula yazılan vətəndaşların və daxil olan müraciətlərin həddindən artıq az olması ilə əsas götürülüb.

Məlumatda bildirilib ki, bu müddətdə görüşlə bağlı əhali arasında daha dolğun məlumatlandırılma, yüksək səviyyədə təbliğat-təşviqat işlərinin aparılması planlaşdırılır.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb, qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR