Azərbaycanda telekanalın fəaliyyəti dayandırılıb

Azərbaycanda telekanalın fəaliyyəti dayandırılıb
# 14 fevral 2014 14:32 (UTC +04:00)

MTRŞ-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.

İclasda “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmaması və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının 14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 11 dekabr 2013-cü il tarixdə bitib. “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyası “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə sənədləri Şuraya təqdim etməyib, Şura iclasına 1 gün qalmış xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün zəruri olan sənədləri natamam şəkildə təqdim edib.

11 dekabr 2013-cü il tarixdə Şura tərəfindən “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması məsələsinə baxılıb. Xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında və tam təqdim olunmamasına görə Şuranın qərarına əsasən televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması təxirə salınıb.

Aygün televiziyasının fəaliyyətinin araşdırılması məqsədilə yaradılmış komissiyanın arayışı nəzərə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR