"Qalatasaray" Çempionlar Liqasında ilk qələbəsini qazanıb

"Qalatasaray" Çempionlar Liqasında ilk qələbəsini qazanıb
# 24 oktyabr 2013 00:22 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına yekun vurulub. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, ikinci oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma keçirilib.


Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi görüş İstanbulda baş tutub. “Qalatasaray” klubu “Kopenhagen”i sınağa çəkib. Ötən tur səfərdə “Yuventus”la bərabərə qalaraq qrupda ilk xalını qazanan “Cim-Bom” doğma arenada Danimarka təmsilçisini 3:1 hesabı ilə məğlub edərək qrupda ikinci pilləyə yüksəlib.

Qrupda keçirdiyi iki oynda da darmadağınla qalib gələn lider “Real” isə doğma azarkeşləri qarşısında “Yuventus”u qəbul edib. Madridlilər bu matçda da qələbə qazanaraq uğurlu seriyanı davam etdirib.

PSJ və “Bavariya” isə rəqiblərini 5 cavabsız qolla məğlub edib. Səfərdə “Bayer”in qonağı olan A qrupunun lideri “Şaxtyor” darmadağınla üzləşib. Ukraynalılar Leverkuzen təmsilçisinə 4:0 hesabı ilə məğlub olub.


A qrupu

"Bayer" (Almaniya) - "Şaxtyor" (Ukrayna) 4:0

Kisslinq, 22, 72, Rolfes, 50 (pen), San, 67
"Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 1:0
Martines, 2 (avtoqol)



B qrupu

“Real” (İspaniya) - “Yuventus” (İtaliya) 2:1
Liorente, 22 - Ronaldo, 4, (29-pen)
“Qalatasaray” (Türkiyə) - “Kopenhagen” (Danimarka) - 3:1
Felipe Melo, 9, Sneyder, 38, Droqba45+1 - Klaudemir, 88



C qrupu

“Anderlext” (Belçika) - PSJ (Fransa) 0:5
İbrahimoviç, 17, 22, 36, 62, Kavani, 52
“Benfika” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) 1:1
Kardoso, 84 - Dominqez, 29


D qrupu

MOİK (Rusiya) – “Mançester Siti” (İngiltərə) 1:2
Zoran Tosiç, 32 - Aqüero, 34, 42
“Bavariya” (Almaniya) – "Viktoriya" (Çexiya) 5:0
Riberi, 25 (pen.), 61, Alaba, 37, Şvaynştayger, 64, Qötse, 90

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR