Gürcüstanda prezident seçkiləri ilə əlaqədar 3.348.900 seçki bülleteni çap olunacaq

Gürcüstanda prezident seçkiləri ilə əlaqədar 3.348.900 seçki bülleteni çap olunacaq
# 22 oktyabr 2013 00:19 (UTC +04:00)


Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda oktyabrın 27-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çap olunmasına başlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, bülletenlər 10 mətbəədə çap olunacaq, çap prosesinə Gürcüstan Mərkəzi Seçki Komissiyası və qeyri-hökumət sektorunun nümayəndələri nəzarət edəcək. Hər bir mətbəədə eyni sayda bülleten çap olunacaq, bülletenlərin dəqiq çapı və sayına görə mətbəələr məsuliyyət daşıyacaq.

Çapdan sonra bülletenlər 50 ədəd bloknot şəklində toplanacaq və seçkilərə iki gün qalmış dairə seçki komissiyalarına təqdim olunacaq. Həmin dairələr 12 saatdan gec olmayaraq seçki bülletenlərini seçki məntəqələrində fəaliyyət göstərən komissiyalara təqdim edəcək.

Məlumata görə, prezident seçkiləri üçün 3.348.900 seçki bülletenləri çap olunacaq.

APA-nın məlumatına görə, seçki bülletenləri milli azlıqların dilində, o cümlədən, Azərbaycan və erməni dillərində çap olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR