İranda film çəkilişi zamanı partlayış baş verib, 6 nəfər ölüb - YENİLƏNİB - FOTO

İranda film çəkilişi zamanı partlayış baş verib, 6 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 08 yanvar 2014 13:02 (UTC +04:00)

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Tehran-Qum avtobanının 35-ci kilometrliyində yerləşən Müqəddəs Müdafiə Kino Şəhərciyində rejissor Məsud Dehnəməkinin çəkdiyi “Moraciha” (Müraciət edənlər) filminin çəkilişləri zamanı olub. Nəticədə 6 nəfərin həlak olduğu, 12 nəfərin yaralandığı bildirilir.

Faciə daha güclü partlayış törətmək üçün benzindən istifadə edilməsi nəticəsində baş verib. Nəticədə şəhərciyin maşın parkındakı bir neçə avtomobil də yanıb. Ölənlərdən biri Müqəddəs Müdafiə Kino Şəhərciyinin direktoru Abbas Rəncirdir. Bundan əlavə, İran Hərbi Hava Qüvvələrinin keçmiş pilotu Cavad Şərifi Rad (kaskadyorluq səhnələrini hazırlayan), Rza Fərəci (assisent), bir səhnə işçisi, bir kaskadyor və bir işıqçı yerindəcə ölüb. Yaralılar yaxınlıqdakı xəstəxanaya qaldırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR