Azərbaycan prezidenti Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub - FOTOSESSİYA

Azərbaycan prezidenti Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub  - <span style="color: red;">FOTOSESSİYA
# 11 sentyabr 2013 16:23 (UTC +04:00)

APA-nın prezidentin saytına istinadən verdiyi məlumata görə, Şəmkir hərbi birləşməsinə gələn dövlət başçısına ordu birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov raport verib.

Hərbi hissənin ərazisində yeni inşa edilən əsgər klubu ilə tanış olan dövlət başçısına bildirilib ki, əsgər klubunun girişində Heydər Əliyev Muzeyi yaradılıb. Burada, həmçinin müasir standartlara cavab verən 500 nəfərlik tamaşaçı zalı, kitabxana, oxu zalı, kompyuter otağı, müxtəlif dərnəklər fəaliyyət göstərir. Ali Baş Komandan üç binadan ibarət əsgər yataqxanası ilə tanış olub. Prezidentə bildirilib ki, hərbi şəhərcikdə sıra meydanı, idman şəhərciyi və hovuz yenidən qurulub. Tribuna, futbol, basketbol, voleybol, tennis meydançaları, maneələr zolağı, şəxsi heyətin güc çalışmaları üçün müxtəlif idman alətləri, əlbəyaxa döyüş meydançası və üzgüçülük idmanı ilə məşğul olmaq üçün hovuz fəaliyyət göstərir. Hərbi hissədə hamam, camaşırxana və qazanxana binaları tikilib.

Ali Baş Komandan hərbi hissənin tibb məntəqəsi ilə də tanış olub, həmçinin 1500 nəfərlik əsgər yeməkxanasına baxıb.

Ali Baş Komandan İlham Əliyev hərbi hissənin ərazisində aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi barədə müvafiq göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR