AXCP sədrinin müavini: “Müsavat siyasi kursunda ciddi dəyişiklik edib, “konstruktiv” müxalifətçilik yoluna daxil olub”

AXCP sədrinin müavini: “Müsavat siyasi kursunda ciddi dəyişiklik edib, “konstruktiv” müxalifətçilik yoluna daxil olub”
# 08 yanvar 2014 08:39 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, Müsavat Partiyasında belə qəbul edirlər ki, Əli Kərimli ilə birlikdə radikal mövqedən çıxış edərək hakimiyyətə gəlmək mümkün deyil: “Yəni, bununla Müsavat Partiyası anons verir ki, artıq Müsavat “konstruktiv” müxalifətçilik yoluna daxil olub, siyasi kursunda ciddi dəyişiklik edib”.

İctimai Palata tərkibində əməkdaşlığa gəlincə, F. Qəhrəmanlı deyib ki, qurum artıq çoxdan öz ömrünü başa vurub: “İctimai Palata faktiki olaraq mövcud deyil, strukturları fəaliyyət göstərmir və missiyasını başa çatdırıb. Buna görə də, İctimai Palata daxilində də hər hansı əməkdaşlıqdan danışmaq mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR