Kolumbiyada şaxtanın uçması nəticəsində 3 nəfər ölüb, 30-dək şaxtaçı torpağın altında qalıb

Kolumbiyada şaxtanın uçması nəticəsində 3 nəfər ölüb, 30-dək şaxtaçı torpağın altında qalıb
# 01 may 2014 21:47 (UTC +04:00)

Bakı-APA. Kolumbiyanın qərbindəki Kauka departamentində yerləşən qızıl mədənində şaxtanın uçması nəticəsində 3 nəfər ölüb, 30-dək fəhlə torpağın altında qalıb .

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Santander de Kiliçao şəhərində baş verib. Məlumata görə, şaxta qeyri qanuni fəaliyyət göstərib. Torpağın altında 25-30 şaxtaçının qaldığı ehtimal olunur.

Xilasedicilər ölən fəhlələrin cəsədlərini artıq çıxara bilib. Xilasetmə tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR