ABŞ Nümayəndələr Palatasında İrana qarşı yeni sanksiya layihəsi səsə qoyulacaq

ABŞ Nümayəndələr Palatasında İrana qarşı yeni sanksiya layihəsi səsə qoyulacaq
# 29 iyul 2013 08:11 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İyulun 31-də ABŞ Nümayəndələr Palatasında İranın neft ixracının daha da məhdudlaşdırılmasını nəzərdə tutan yeni sanksiya layihəsi səsə qoyulacaq. APA-nın “Reuters” agentliyinə istinadən məlumatına görə, yeni sanksiya 1 il ərzində İranın neft ixracının 1 milyon barel azaltmağı hədəf alıb. Xəbərdə bildirilir ki, layihə ABŞ Nümayəndələr Palatasında asanlıqla qəbul edilə bilər. Ancaq bununla belə, ABŞ Senatının qanun layihəsini təsdiqləməsi ehtimalı azdır. Məlumatda həmçinin deyilir ki, ABŞ Senatının bank komitəsi sentyabr ayında oxşar layihəni nəzərdən keçirə və daha sonra səsverməyə çıxara bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR