Azərbaycan alimlərinin I qurultayının vaxtı dəyişdirilib

Azərbaycan alimlərinin I qurultayının vaxtı dəyişdirilib
# 10 yanvar 2014 10:20 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli APA-ya açıqlamasında bildirib ki, əvvəllər Azərbaycan alimlərinin I qurultayının 2014-cü il Novruz bayramı ərəfəsində, martın I yarısında - ayın 15-nə kimi keçirilməsi nəzərdə tutulsa da, bəzi səbəblərdən onun vaxtı dəyişdirilib. Onun sözlərinə görə, alimlərin I qurultayı ərəfəsində keçirilməsi nəzərdə tutulan tədbirlər planı kifayət qədər zəngindir: “Qurultay ərəfəsində çoxlu tədbirlərin həyata keçirilməsi üçün hazırlıq işlərinin görülməsi lazımdır. Keçiriləcək tədbirlər planı AMEA Rəyasət Heyətinin iclasında müzakirə edilərək təsdiq edilib. Bunlara qurultaya çıxarılacaq problemlərin müəyyən olunması, elmin koordinasiya olunması ilə bağlı məsələlərin müzakirəsi barədə hazırlıq işlərinin aparılması, ölkədə Elm gününün təsis edilməsi ilə bağlı təkliflərin hazırlanması, akademiya alimlərinin sorğu-bələdçi kitabının yazılması və digər məsələlər daxildir. Bu işlərin görülməsi isə müəyyən qədər vaxt tələb edir. Ona görə qurultay öncəsi tədbirləri həll edərək onun yüksək səviyyədə təşkil etmək üçün keyfiyyətin yüksəldilməsi naminə vaxtın uzadılması qərara alınıb. Qərar qəbul olunub ki, tədbirlər planında nəzərdə tutulan məsələlərin həyata keçirilməsi üçün qurultayın vaxtı bir az uzansın. Buna əsasən də qurultayın vaxtı uzadılıb və martda deyil, bir qədər sonra həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR