Azərbaycanda bank aktivləri 26% artıb

Azərbaycanda bank aktivləri 26% artıb
# 02 oktyabr 2013 08:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin ümumi həcmi 2013-cü il sentyabrın 1-nə 18 918,9 mln. manat təşkil edib.

«APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə əsasən, illik müqayisədə məcmu bank aktivləri 3 907,0 mln. manat və ya 26% artıb.

Eyni zamanda, bu ilin əvvəlindən aktivlərin həcmi 2 388,5 mln. manat və ya 14,5% artıb. Avqust ayında isə artım 225,4 mln. manat və ya 1,2% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR