Ağdam, Hacıqabul və Bakıda yanğın olub

Ağdam, Hacıqabul və Bakıda yanğın olub
# 22 mart 2014 19:29 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisələrindən biri Ağdam rayonu, Rzalar kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan yardımçı tikilidə baş verib. Nəticədə, tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə və içərisinə yığılmış 1.5 ton ot bağlaması yanıb. Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın saat 17:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Hacıqabul rayonu, Muğan kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə, evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:16-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzildə baş verib. Nəticədə, mənzilin pəncərə çərçivəsi 2 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR