Kənd təsərrüfatı naziri Salyanda vətəndaşları qəbul edib - FOTO

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 29 noyabr 2013 13:19 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Kənd təsərrüfatı naziri Heydər Əsədov Salyanda vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nazir Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlarla görüşüb.

Qəbul zamanı vətəndaşların kənd təsərrüfatında mövcud problemlərlə əlaqədar şikayətləri, işə qəbul, əkinçilik və heyvandarlıq sahələrinin stimullaşdırılması üçün fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi barədə təkliflər səslənib.

Nazir bəzi məsələlərin yerində həlli, digər məsələlərin isə aidiyyəti qurumlara göndərilməsi üçün göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR