ETTELAAT əməkdaşları toy mərasiminə basqın edib, yerli sakinlərlə məmurlar arasında toqquşma baş verib

ETTELAAT əməkdaşları toy mərasiminə basqın edib, yerli sakinlərlə məmurlar arasında toqquşma baş verib
# 07 aprel 2014 18:25 (UTC +04:00)

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, hadisə aprelin 5-də Şəbüstər şəhərinin Nadarlı kəndində baş verib.

Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Şəbüstər şöbəsinin əməkdaşları azərbaycanlı fəallardan birinin toy mərasiminə basqın edərək qarşıqlıq salıblar.

Nəticədə “Salmas” musiqi qrupunun rəhbəri Abbas Nikrəvan döyülüb və aldığı xəsarətlərdən dolayı Şəbüstər xəstəxanasına qaldırılıb. ETTELAAT-ın Şəbüstər şöbəsinin əməkdaşları xəstəxanadan evə qayıdarkən azərbaycanlı fəalı Şərəfxana postunda saxlayaraq Əmakin idarəsinə aparıblar.

A.Nikrəvan sorğu-suala tutulduqdan sonra aprelin 6-da səhər saatlarında sərbəst buraxılıb. Məmurlar A.Nikrəvanın rəhbərlik etdiyi “Salmas” musiqi qrupunun Səbüstər şəhərində çıxışına qadağa qoyulduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR