Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində bir sıra şirkətlər iştiraklarını təsdiq ediblər

Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində bir sıra şirkətlər iştiraklarını təsdiq ediblər
# 19 oktyabr 2013 08:25 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Gələn il sentyabr ayının 11-dən 13-dək Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində bir sıra şirkətlər iştiraklarını təsdiq ediblər. Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.

Sərgidə iştirakını təsdiq edənlər arasında Bolqarıstanda atıcı silahların istehsalı üzrə ixtisaslaşmış «Arsenal 2000 JS Co.», optik sistemlər üzrə ixtisaslaşmış «Optix Co.», Çinin «CETC International», dünyada bədən zirehi, dəbilqələr istehsalı sahəsində tanınmış Hindistanın MKU, Belarusun «Oboronnıe İnsitativi» şirkəti, dünyanın aparıcı raket sistemləri istehsalçıları olan Fransanın MBDA, İsrailin «Rafael» şirkətləri yer alır.

Sərgidə Türkiyə və Polşa milli qrupla təmsil olunacaqlar. Sərgidə bu günədək Türkiyə müdafiə sənayesindən ASELSAN, HAVELSAN, MKE, STM, TİSAŞ, İşbir, MAKEL, METEKSAN, «Milsoft», ODTU Teknokent, «Öztiryakiler», «Repkon» və «Yakupoğlu» şirkətləri öz iştiraklarını təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR