“Vətən” sosial futbol məktəbinin rəsmi açılış mərasimi keçiriləcək

“Vətən” sosial futbol məktəbinin rəsmi açılış mərasimi keçiriləcək
# 01 noyabr 2013 13:07 (UTC +04:00)

Bakı – APA. Dünyanın 65 ölkəsində 200-dən artıq sosial idman məktəbi istifadəyə verən İspaniyanın “Realmadrid” Fondu noyabrın 4-də gənclər və idman nazirliyi ilə birgə “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı proqramı çərçivəsində “Vətən” sosial futbol məktəbinin rəsmi açılış mərasimini həyata keçirəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Vətən” sosial futbol məktəbi postsovet məkanında 1-ci, Avropada isə 8-ci məktəbdir.

29 aprel 2013-cü il tarixində Madriddə yerləşən “Santiaqo Bernabeu” gənclər və idman nazirliyi və “Realmadrid” Fondu arasında imzalanmış əməkdaşlıq haqqında proqrama uyğun olaraq, “Vətən”nin yaradılması haqqında razılığa gəlinib.

Məktəbin rəsmi açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, “Realmadrid” Fondunun vitse-prezidenti Enrike Sançes, AFFA-nın baş katibi Elxan Məmmədov və digər rəsmi şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, 2013-14-cü tədris ilində “Vətən” sosial futbol məktəbinə 100 nəfərin (50 qız, 50 oğlan) qəbulu nəzərdə tutulub. Hazırda 50 oğlan, 20 qız olmaqla, 70 gənc məktəbdə müntəzəm məşqlərdə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR