İmişlidə Ədliyyə Şöbəsinin regional binasının açılışı olub - FOTOSESSİYA - VİDEO

İmişlidə Ədliyyə Şöbəsinin regional binasının açılışı olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 dekabr 2013 11:18 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişlidə Regional Ədliyyə Şöbəsinin binasının açılışı olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, açılışda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov da iştirak edib. F. Məmmədov əvvəlcə yeni tikiləcək İmişli rayon Məhkəməsinin inzibati binasının təməlqoyma mərasimində iştirak edib.

İmişli Regional Ədliyyə Şöbəsinin inzibatı binası 4 mərtəbədən, ümumi sahəsi 1742 kvadratmetrdən ibarətdir. Nazir, İmişli Ədliyyə Şöbəsinin Regional binasında ədliyyə orqanlarının (qeydiyyat, icra və notariat) yerləşdiyi otaqlarla tanış olub.

Şöbənin konfrans zalında quraşdırılmış vebkamera vasitəsi ilə regionlarda yerləşən Şirvan və Xaçmaz ədliyyə şöbələri, Gəncə (Nizami rayonu) və Oğuz rayon məhkəmələrinin kollektivləri ilə videokonfrans keçirilib. Daha sonra nazir ətraf rayonlardan gəlmiş geniş tərkibli məhkəmə və ədliyyə strukturlarının nümayəndələri ilə görüş keçirib. F. Məmmədov qeyd edib ki, məhkəmə-hüquq islahatları çərçivəsində regionlarda 20-dək yeni məhkəmə yaradılıb, hakimlərin sayı 2 dəfə artıb.

Qeyd edək ki, İmişli Regional Ədliyyə şöbəsinin yeni binası Avropa Birliyi ilə birgə həyata keçirilən “Ədliyyə sahəsində İslahatlara dəstək” Proqramı çərçivəsində qurulub.

Tədbirlərdə ədliyyə nazirinin müavini Toğrul Musayev, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, bölgənin hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, hakimlər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR