Saakaşvili: “Gürcüstandakı Azərbaycan diasporu cəmiyyətə tam inteqrasiya olunub”

Saakaşvili: “Gürcüstandakı Azərbaycan diasporu cəmiyyətə tam inteqrasiya olunub”
# 07 may 2013 14:45 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışı zamanı söyləyib.

Prezident bildirib ki, Azərbaycan diasporu gürcü dilini öyrənir və cəmiyyətə daha çox inteqrasiya olunub: “Etnik azərbaycanlılara, xüsusilə kənd yerlərində yaşayanlara gürcü dilini öyrənməkdə kömək edən xüsusi proqramlarımız var. Onların öz mədəniyyəti və dili var, lakin onlar hamısı Gürcüstan vətəndaşıdır və dövlət dilini bilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR