Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb - FOTO

Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb - <span style="color: red;">FOTO
# 08 yanvar 2014 11:38 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə məlumatı türk mücahidlərinə məxsus saytlar yayıb.

Məlumata görə, həlak olan mücahid Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvüdür. Mücahidlər onun meyitinin fotosunu sosial şəbəkələrdə yaysalar da, adını açıqlamayıb, sadəcə azəri şəhid olduğunu qeyd ediblər.

Qeyd edək ki, son bir həftədə Suriyada daha üç azərbaycanlı mücahid öldürülüb. Onlar “İraq-Şam İslam Dövləti” qruplaşması və “Əl-Nüsra Cəbhəsi”nin sıralarında döyüşən Namiq Əsgərov, “Azəri Seyfullah” ləqəbli Soltan və “Primorskiy Muhammed” ləqəbli Azərbaycan vətəndaşlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR