Fərid Məmmədov: “Eurovision” yarışmasını Odlar Yurdu Azərbaycana qaytarmaq heç də pis fikir deyil”

Fərid Məmmədov: “Eurovision” yarışmasını Odlar Yurdu Azərbaycana qaytarmaq heç də pis fikir deyil”
# 17 may 2013 00:23 (UTC +04:00)

Malmö. Ülkər Qasımova – APA. “Səhnəyə çıxanda hər zaman özümə qapanıram və yalnız öz dünyamda oluram. Yarımfinaldakı çıxışımdan əvvəldə eyni hisslər keçirdim. Finalda da heç bir şey haqqında düşünüməyəcəm, yalnız gözəl ifa nümayiş etdirmək, ölkəmi layiqincə təmsil etmək üçün çalışacam”. APA-nın İsveçə ezam olunmuş müxbirinin məlumatına görə, bunu mayın 16-da keçirilən II yarımfinal mərhələsindən finala vəsiqə qazanan Azərbaycan təmsilçisi Fərid Məmmədov yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyib. APA-nın “bəlkə Eurovision yarışmasını Odlar Yurduna geri qaytaraq?” sualına cavab olaraq isə təmsilçimiz “Eurovision Odlar Yurduna qaytarmaq fikri heç də pis fikir deyil. Niyə də olmasın? Biz hər zaman buna hazırıq. Mayın 18-də finalda da layiqli çıxış etməyim üçün var gücümlə çalışacam”.

Finlandiya təmsilçisinin Fərid Məmmədova mətbuat konfransında öz yarışma mahnısına uyğun olaraq “Marry me” (“Mənimlə evlənərsən”) deməsinə, Fərid də biganə qalmayıb və “əgər məni tutarsansa evlənərəm” (“Hold me”) cavabını verib.

Onu da bildirmək yerinə düşər ki, Azərbaycan təmsilçisi mayın 18-də keçiriləcək final mərhələsində ikinci hissədə səhnəyə çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR