NİDA Vətəndaş Hərəkatı Müsavatın əməkdaşlıq müqaviləsi bağlamaq təklifinə rədd cavabı verib

NİDA Vətəndaş Hərəkatı Müsavatın əməkdaşlıq müqaviləsi bağlamaq təklifinə rədd cavabı verib
# 03 yanvar 2014 11:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. NİDA Vətəndaş Hərəkatı Müsavat Partiyasının quruma əməkdaşlıq müqaviləsi bağlamaq barədə təklifinə cavab verib.

Hərəkatın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, Hərəkat Müsavat Partiyasının təklif etdiyi əməkdaşlıq müqaviləsinin bağlanmasına ehtiyac görmür.

Məlumatda o da qeyd edilir ki, Hərəkat ümumiyyətlə, hər hansı partiya ilə rəsmi müqavilə bağlamağı vacib saymır: “Real siyasi qüvvələrlə ölkəmiz üçün vacib məsələlərdə əməkdaşlığımız var və bundan sonra davam edəcək. Partiyalarla əməkdaşlığın rəsmiləşdirilməsinə ehtiyac duymuruq”.

Xatırladaq ki, Müsavat Partiyası Milli Şurada təmsil olunan partiya və hərəkatlara əməkdaşlıq müqaviləsi təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR