Şəmkirdə ölüm hadisəsi baş verib

Şəmkirdə ölüm hadisəsi baş verib
# 14 may 2013 12:12 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisindən keçən dəmir yolu xəttində ölüm hadisəsi baş verib. Şəmkir rayon Prokurorluğunun müstəntiqi Rəcəb Hacıyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə bu gün saat 12.30 radələrində baş verib. Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 5 saylı müəssisəsində elektrik işləyən Şəmkir rayon sakini, 1970-ci il Mehman Ələsgərovu xidmətdə olan zaman elektrik cərəyanı vurub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR