Xarkovda atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb - FOTO - VİDEO

Xarkovda atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 mart 2014 00:27 (UTC +04:00)

APA-nın “Vesti.ua” saytına istinadən verdiyi xəbərə görə, atışma şəhərin Rımarski küçəsində baş verib.

Şahidlərin dediklərinə görə, Rımarski küçəsinə bir neçə avtomobil gəlib. Bundan sonra atışma başlayıb, nəticədə iki nəfərin öldüyü bildirilir.

Atışma baş verən küçəyə milis, “təcili yardım”, yanğınsöndürənlər və Xarkovun meri Qennadi Kernes gəlib.

İTAR-TASS agentliyinin məlumatına görə, toqquşmalar Xarkov sakinləri və “Pravıy sektor” təşkilatının üzvləri arasında olub. Bu barədə Xarkovun meri Q.Kernes bildirib.

Hazırda binada 40-50 silahlının olduğu bildirilir. Milis ərazini əhatəyə alıb, radikallarla danışıqlar aparılır.

Toqquşma zamanı avtomatik silah, səs-işıq qumbarası və “Molotov kokteyli”ndən istifadə olunduğu barədə xəbərlər yayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR