Mətbuat Şurası: “Aksiyada KİV-in fəaliyyətinə maneə yaradılmayıb”

Mətbuat Şurası: “Aksiyada KİV-in fəaliyyətinə maneə yaradılmayıb”
# 18 avqust 2013 17:16 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Mətuat Şurasının (MŞ) monitorinq qrupu Milli Şuranın bu gün keçirdiyi razılşadırılmış aksiyada jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə mane yaradılmasını müşahidə etməyib.

MŞ-dan APA-ya daxil olan məlumata görə, şuranın icraçı katibi Rəhim Hüseynzadənin rəhbərlik etdiyi və Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvlərinə, həmçinin qurumun Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə bununla bağlı hər hansı müraciət edilməyib.

MŞ-nin mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrəsinə də prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrindən məlumat daxil olmayıb.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR