Azay Quliyev Alman – Azərbaycan Forumunda görüş keçirib

Azay Quliyev Alman – Azərbaycan Forumunda görüş keçirib
# 21 fevral 2014 23:17 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla bağlı həyata keçirilmiş və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr, habelə Forum və Şura arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Tərəflər iki ölkə arasında iqtisadiyyat, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək, bu sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənməsi imkanları barədə söhbət açıblar.

Görüşdə, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair konfransların, simpoziumların və seminarların təşkili istiqamətində əməkdaşlıq etmək barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR